İnterpress.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Ağabala Ramazanov və Dilan Duventru fərqləniblər. Beləliklə, öz meydanında eyni hesabla məğlub olan “Səbail” avrokuboklarda mübarizəsini dayandırıb.
Rumıniya təmsilçisi növbəti mərhələdə “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
İnterpress.az