Bu il 62 mindən çox şəxsə peşəyönümü məsləhət xidməti göstərilibbackend

Bu il 62 mindən çox şəxsə peşəyönümü məsləhət xidməti göstərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə, onlara əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə məsləhətlər verilib. İştirakçılar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.

Onu da qeyd edək ki, peşəyönümü xidmətinin əsas hədəf qrupları rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.

İnterpress.az