İnterpress.az xəbər verir ki, seçim iyulun 16-dan 22-dək davam edib.
Müsabiqə şərtini ödəyən namizədlər elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan \”Rezidenturaya qəbul aparılan ixtisaslar\” bölümündən (səh. 5-7) seçib təsdiq ediblər.
Xatırladaq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, \”Namizədin elektron ərizəsi\”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
İnterpress.az