İnterpress.az xəbər verir ki, Ağdam təmsilçisi Dublində \”Dundalk\”ın qonağı olub.
İrlandiya çempionu ilə görüşdə hesabı \”Qarabağ\” klubu açıb. Matçın 4-cü dəqiqəsində Mahir Emreli dəqiq zərbə ilə topu rəqib qapısından keçirib.
İlk hissədə əlavə qol qeydə alınmayıb. 78-ci dəqiqədə rəqib futbolçu hesabı bərabərləşdirib. Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, sonda qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
İnterpress.az