“Çox istərdik ki, Azərbaycan Festivalda medal sayına görə “beşlik”dən aşağı olmasın” – Azad Rəhimovbackend

“Çox istərdik ki, Azərbaycan Festivalda medal sayına görə “beşlik”dən aşağı olmasın” – Azad Rəhimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bəzi idman növlərinə böyük ümid bəsləyir: \”Bakı-2019-da daha çox idman növlərində medallar qazanaq istəyərdik. Festivalın sonuna 2 gün qalıb. Milli komandamız medal sayına görə 2-ci yerdədir. Çox istərdik ki, Azərbaycan yarışın sonuna qədər medal sayına görə “beşlik”dən aşağı olmasın\”.

Qeyd edək ki, Azərbaycan yığması Bakı-2019-un arxada qalan 5 günündə 9 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıb.

İnterpress.az