İnterpress.az-ın məlumatına görə, Afrikaya Elçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunları üçün ölkəmizin reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib.
Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Elçin Əsədov 2 gün sonra “Trophée de l\’Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalı əldə edib. Komandamız iyulun 25-də sonuncu birgünlük yarış – “Trophée de la Maison Royale” turunu da uğurla başa vurub. 140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Elçin fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.
İnterpress.az