Bunu İnterpress.az-a açıqlamasında şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, sirkə turşusu zəhərlənməsi ilə ilin əvvəlindən 16 nəfər şöbəyə müraciət edib.
Bundan əlavə, 25 nəfər dərmanlara həssas olan insanlar allergik reaksiya ilə müraciət edib ki, onlardan 7 nəfər intihara cəhd etmək üçün dərman içib. Dərmandan zəhərlənənlər arasında qadınlarla yanaşı, kişilər də olub. Ölüm faktı qeydə alınmayıb.
İnterpress.az