Magistraturada boş qalan yerlərə ixtisaslaşma seçimi üzrə ərizə qəbulu davam edirbackend

Magistraturada boş qalan yerlərə ixtisaslaşma seçimi üzrə ərizə qəbulu davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzindən (DİM) İnterpress.az-a bildirilib ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İyulun 27-si saat 12:15-ə olan məlumata görə, 558 (Azərbaycan bölməsi – 538, rus bölməsi – 20) bakalavrın ərizəsi təsdiqlənib.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 30-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Qeyd edək ki, boş yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

İnterpress.az