İnterpress.az-ın “Sky Deutschland”a istinadən xəbər verir ki, London təmsilçisi 23 yaşlı hücumçunun keçidi üçün Braziliyanın “Qremio” klubuna 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, Everton Braziliya millisinin heyətində 12 oyuna 3 qol vurub. O, bütün qolları qalibi olduqları Amerika Kubokunda rəqib qapısından keçirib. Gənc hücumçu Peru yığmasının futbolçusu Xose Paolo Gerrero ilə birgə turnirin şərikli bombardiri olub.
İnterpress.az