İnterpress.az-ın məlumatına görə, 34 yaşlı hücumçunun yeni mülkü İspaniyanın Marbelya şəhərində yerləşir.
İstirahət üçün nəzərdə tutulan bu villa 1,45 milyon dollara alınıb. Ronaldonun yeni evi iki çəki dərəcəsində UFC-nin sabiq çempionu Konor Makqreqorun qonşuluğundadır.
Villa şəhər kənarı “La Resina” qolf klubunun ərazisində yerləşir. Oradan birbaşa Aralıq dənizinə mənzərə açılır.
İnterpress.az