İnterpress.az-ın \”Globo\” telekanalına istinadən verdiyi məlumata görə, Altamira bələdiyyəsində yerləşən həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus həlak olub.
Telekanalın məlumatına əsasən, məhbuslardan 16-nın başı kəsilib, digərləri isə məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ölüblər.
Bildirilir ki, həbsxananın 2 işçisi girov götürülüb və daha sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, may ayında Amazonas ştatının paytaxtının həbsxanasında baş verən iğtişaşlar nəticəsində 55 məhbus həlak olmuşdu.
İnterpress.az