“Azərenerji”dən İnterpress.az-a verilən məlumata görə, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.
Məlumata əsasən, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 mln. kVt-saat elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 mln. kVt-saat elektrik enerjisi ixrac edilib (demək olar ki 10 dəfəlik artım).
İnterpress.az