İnterpress.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Nikosiya Tomas Dolla tapşırılıb. Onunla ikiillik müqavilə bağlanılıb. Almaniyalı mütəxəssis Kiprdə baş tutan ilk matçda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətə görə istefaya göndərilən italiyalı Paolo Trametsanini əvəzləyib.
Doll daha öncə vətənində “Hamburq”, “Borussiya” (Dortmund) və “Hannover” komandalarının, eləcə də Türkiyənin “Gənclər birliyi”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Macarıstanın “Ferentsvaroş” kollektivlərinin baş məşqçisi olub.
Qeyd edək ki, “Qarabağ” və APOEL arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:30-da başlanacaq.
İnterpress.az