Gəncədə “Sevinc” kuboku uğrunda mini futbol turniri başa çatıbbackend

Gəncədə “Sevinc” kuboku uğrunda mini futbol turniri başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər Gənclər və İdman Baş İdarəsindən İnterpress.az-a bildiriblər ki, gərgin keçən final qarşılaşmasında “Gəncə” komandası “Qarabağ-1” üzərində 5:2 hesablı qələbə qazanıb.

Yarışda 160-ya yaxın idmançı iştirak edib. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Gəncə” komandası birinci, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin “Qarabağ-1” komandası ikinci, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Çinar” komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.

İnterpress.az