Gürcüstan və ABŞ birbaşa aviauçuşlarla bağlı danışıqlara başlayırbackend

Gürcüstan və ABŞ birbaşa aviauçuşlarla bağlı danışıqlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə bildirib.

Nazir sentyabrın əvvəlində ABŞ-a səfər edəcəyini deyib: \”Səfər çərçivəsində ABŞ-ın iki iri aviaşirkəti ilə birbaşa reyslər barədə danışıqlar aparılacaq. Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar strateji və kommersiya baxımdan cəlbedicidir\”.

N.Turnava ABŞ-da aparılacaq danışıqların uğurla başa çatacağına ümidvar olduğunu qeyd edib.

İnterpress.az