Coğrafiya İnstitutunda kənd əhalisinin demoqrafik inkişaf xüsusiyyəti araşdırılırbackend

Coğrafiya İnstitutunda kənd əhalisinin demoqrafik inkişaf xüsusiyyəti araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstitutdan İnterpress.az-a bildirilib ki, cəmiyyətin ilkin inkişaf mərhələlərində, əhalinin böyük əksəriyyətinin kənd yerlərində yaşadığı zamanda əhalinin təbii artımının çoxu kənd əhalisi hesabına olub. Urbanizasiya prosesi inkişaf etdikcə, ümumi əhalinin tərkibində şəhər əhalisinin sayı və payı artdıqca əhalinin ümumi təbii artımında şəhər əhalisinin xüsusi çəkisi artıb, kənd əhalisinin payı isə tədricən azalıb. Baxmayaraq ki, kənd əhalisinin nisbi təbii artım göstəricisi həmişə ümumi əhalinin və şəhər əhalisinin təbii artımından yüksək olub. Azərbaycanda da bu proses əsasən baş versə də, hazırda əhalinin təbii artımının mütləq və nisbi göstəriciləri kənd yerlərinin xeyrinədir.

İnterpress.az