İnterpress.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yeddilər qrupunun (G7) Fransanın Biarritz şəhərində keçirilən sammiti çərçivəsində Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündən öncə bildirib.
Donald Trampın sözlərinə görə, Çin nümayəndələri avqustun 25-də axşam saatlarında ABŞ rəsmilərinə zəng edərək danışıqların davam etdirilməsini istədiklərini deyiblər.
“Onlar bunun doğru addım olduğunu başa düşürlər. Bu, bütün dünyada hadisələrin inkişafı üçün müsbət hadisədir”, – deyə ABŞ prezidenti vurğulayıb.
İnterpress.az