Qazax rayonunda sərhəd döyüş məntəqəmiz düşmən tərəfindən snayper atəşinə tutulub – DSXbackend

Qazax rayonunda sərhəd döyüş məntəqəmiz düşmən tərəfindən snayper atəşinə tutulub – DSX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DSX-nin mətbuat mərkəzindən İnterpress.az-a bildiriblər ki, avqustun 29-da saat 18:30-da Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. Hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

İnterpress.az