İnterpress.az Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, təcrübəli referilər Avropa Həndbol Federasiyasının (EHF) Kuboku uğrunda yarışda ədaləti təmsil edəcəklər.
Turnir çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan)-“RK Boraç” (Bosniya və Herseqovina) görüşü Azərbaycan hakimlərinə həvalə olunub.
Qarşılaşma avqustun 31-də Yunanıstanın Ayos İoannis Rentis şəhərində keçiriləcək.
Oyunun EHF nümayəndəsi slovakiyalı Jan Rudinski olacaq.
İnterpress.az