İnterpress.az xəbər verir ki, heykəli İsveç Futbol Federasiyası sifariş edib. Hündürlüyü 2,7 metr, çəkisi 500 kiloqram olan bürünc heykəl 37 yaşlı hücumçunun dünyaya gəldiyi Malmö şəhərində ucaldılacaq. Heykəlin açılış mərasimi oktyabrın 8-də olacaq.
Z.İbrahimoviç karyerası ərzində Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “Milan”, “İnter”, İspaniyanın “Barselona”, Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Yunayted” klublarında forma geyinib.