Milli Məclisin bu gün keçirilən plenar iclasında \”Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında\” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
İnterpress.az-ın xəbərinə görə, bildirilib ki, qanuna edilən əlavə ilə \”Diaspor fəaliyyətində xidmətə görə\” medalı təsis edilir. Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.