İnterpress.az BBC-yə istinadən xəbər verir ki, 19 yaşlı Ali İsmail Korkmaz İstanbulun cənub-şərqində polis, dinc sakinlər və etirazçılar arasında baş verən toqquşmalar zamanı həlak olmuşdu.
Polis işçilərinə 10-illik həbs cəzaları verilib lakin Kayseri məhkəməsinin qarşısındakı etirazçıların təbirincə bu, çox azdır.
2013-cü ildə İstanbulun Gezi Parkını dağıtmaq planlarına görə başlayan etirazlar daha sonra bütün ölkədə kütləvi anti-hökumət etirazlarına çevrildi.
Məhkəmə qərarı qəzəblə qarşılanıb. Korkmazın anası Emel Korkmaz məhkəmə otağından çıxarkən Türkiyənin ədliyyə sistemini lənətləyib. Gezi etirazları qurbanlarından digərinin atası isə qışqırıb: \”Siz xalqın polisi deyil, qatillərin polisisiniz\”.
Ankaradakı həbsxanadan video zəngi vasitəsilə danışan polis işçilərindən biri Mevlut Saldoğan etirazçılara hücum etdiyini boynuna alsa da, Korkmazı öldürdüyünü inkar edib.
Ali İsmail Korkmaz 2013-cü ilin iyun ayında Eskisehir şəhərində keçirilən etirazlar zamanı döyülmüşdü. Beş həftə koma vəziyyətində qalan Korkmaz iyul ayında ölüb.
Təhlükəsizlik səbəblərinə görə hakimiyyət məhkəmə prosesini Kayseri şəhərinə keçirib. İnsan haqları təşkilatları deyirlər ki, \”Gezi etirazları\” zamanı polis minlərlə etirazçıya xəsarət yetirsə də məsuliyyətə cəlb olunanların sayı azdır.
İnterpress.az