Qazax rayonu, Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilindən silahdan atəş aşan şəxs saxlanılıb.
İnterpress.az-ın məlumatına görə, Ağstafa rayon sakini Orxan Əlizadə tutulub və ondan ov tüfəngi götürülüb.
Baş verən hadisə barədə Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.