Gerasimov Nəcməddin Sadıkovla danışıqlardabackend

Gerasimov Nəcməddin Sadıkovla danışıqlarda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə beynəlxalq və regional təhlükəsizlik problemləri, həmçinin, ikitərəfli hərbi-texniki əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

O cümlədən, Xəzər dənizində müdafiə nazirlikləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az