Türkiyə hərbçiləri Suriyada terror aktında 17 nəfərin öldüyünü bildirdilərbackend

Türkiyə hərbçiləri Suriyada terror aktında 17 nəfərin öldüyünü bildirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürd yaraqlıları Suriyanın Ras əl-Ayn şəhərində minalanmış avtomobili partladıblar.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, terror aktı nəticəsində 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

“PKK/YPG terror təşkilatı Firatın şərqində mülki vətəndaşlara hücumlarını davam etdirir. Ras əl-Ayn şəhərindən qərbdə yerləşən Tell Xalif kəndində minalanmış avtomobilin partlaması nəticəsində 17 nəfər həlak olub, 20-dən çox insan yaralanıb\”, – deyə nazirliyin məlumatında bildirilib.

İnterpress.az