Qırğızıstanın həbsdə olan eks-prezidenti Almazbek Atambayevin məhkəməsi təxirə salınıb.
Russian.rt xəbər verir ki, səbəb olaraq cinayət işinə baxan hakimin xəstələnməsi göstərilir.
Məlumatı keçmiş dövlət başçısının müşaviri olmuş Gündüz Joldubayev verib. O bildirib ki, növbəti məhkəmə prosesinin vaxtı açıqlanmayıb.
Xatırladaq ki, Qırğızıstan Respublikasının sabiq prezidenti Almazbek Atambayev məhkəmə qərarı ilə 2019-cu il avqustunda həbs olunub.
İnterpress.az