Xəstəxanada kütləvi qətl törədən şəxs intihar etdibackend

Xəstəxanada kütləvi qətl törədən şəxs intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Ostrava şəhərində xəstəxanaların birində xəstələri güllə atəşinə tutan şəxs özünə qəsd edib.

Bu barədə “RİA Novosti” yerli polis idarəsinə istinadla xəbər verib.

Bildirilir ki, hüquq-mühafizəçilər onun avtomobilini aşkarlayıblar. Onu həbs etmək istəyərkən isə kişi özünü öldürüb. Kişinin kimliyi araşdırılır.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7 radələrində Çexiyada şəhər xəstəxanasında naməlum kişi palatalardan birinə daxil olaraq xəstələri gülləbaran edib. Nəticədə altı nəfər həlak olub, daha iki nəfər yaralanıb.

İnterpress.az