Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində finala vəsiqə qazanıb.
İnterpress.az xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı yarımfinalda Hayun Kimə (Cənubi Koreya) qalib gəlib.
Onun həlledici görüşdə rəqibi Tesso Savelkouls (Hollandiya) olacaq.