ABŞ-ın cənubundakı qasırğalar nəticəsində azı üç nəfər ölüb, daha bir neçə nəfər, o cümlədən yeddi yaşlı uşaq xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə \”ABC News\” telekanalı məlumat yayıb.
Təbii fəlakətin Texas, Luiziana, Arkanzas və Missisipi ştatlarında dekabrın 16-dan bəri tüğyan etdiyi məlumdur.
İlkin məlumatlara görə, Luiziana və Missisipi ştatlarında, təxminən, yeddi tornado qeydə alınıb. İnsanlar evlərin dağılması nəticəsində ölüb.
İnterpress.az