ABŞ-da polis daha bir qaradərilini öldürdü – VİDEObackend

ABŞ-da polis daha bir qaradərilini öldürdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında qaradərili bir vətəndaş polis tərəfindən güllələnib.

Hadisə dekabrın 30-da Bridgeton şəhərində baş versə də ictimaiyyətə yanvarın 21-də açıqlanıb.

Polis məmurları Braheme Deys Vorley iki qaradərilinin olduğu maşını siqnal işıqları yanmadığı üçün saxlayıb. Sürücü Leroy Tuttdan vəsiqəsini göstərməsini istəyən polislər maşındakıların şübhəli hərəkətlərini görüb onların əllərini qaldıraraq avtomobildən çıxmalarını istəyiblər.

Sürücü Tutt iki əlini də pəncərədən kənara çıxarıb. Lakin yanındadkı 36 yaşlı Ceremi Reyd bir müddət polisə müqavimət göstərib. Daha sonra əllərini qaldırıb maşından çıxmasına baxmayaraq, polis onu güllələyib. C.Reydə 9 güllə vurulub və o, hadisə yerində ölüb. Sürücü isə həbs olunub.

Sərəncama göndərilən polislər barədə daxili tədqiqat başlayıb. B.Deys şübhəlinin silahına əl atmaq istəyini gördüyü üçün atəş etdiyini deyib.

İnterpress.azhttps://youtube.com/watch?v=GL5uIchnAg4