Oqtay Şirəliyev və Eldar Əzizov səs verdibackend

Oqtay Şirəliyev və Eldar Əzizov səs verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

Seçki məntəqəsinin sədri İmran Cəmiyev Report-a bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində iştirak edib.

Report-un xəbərinə görə, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

İnterpress.az