Tbilisidə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun görüşü keçirilib.
İnterpress.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq müzakirə edilib.
Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələri nəzərdən keçiriblər.
Gələcək əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İnterpress.az






