“Fənn aylıqları” çərçivəsində keçilən dərslər şagirdlərin dünya görüşünün formalaşması, məlumatlılıq səviyyəsinin genişlənməsi yolunda müstəsna rol oynayır.
İnterpress.az xəbər verir ki, “Nümunəvi dərs”lər, “Dəyirmi masa”lar, təşkil edilmiş ekskursiyalar, müxtəlif alimlərin, ölkə və dünya tarixində xüsusi yeri olan fikir adamlarının doğum və anım günlərini, əlamətdar hadisələri qeyd etmək, tədbirlər hazırlamaq məktəbin Fəaliyyət Planınına uyğun olaraq “Fənn aylıqları” çərçivəsində görülən işlər sırasındadır.
279 nömrəli tam orta məktəbin Fəaliyyət Planınına uyğun olaraq dekabr ayı Fizika fənni aylığı elan edilmişdir. 16 dekabr tarixində ADPU-nun Elm müzeyinə ekskursiya təşkil edən məktəb rəhbərliyi fizikaya xüsusi maraq göstərən şagirdlərin maariflənməsi yolunda olduqca gözəl təşəbbüs irəli sürmüşdür. Belə ki, direktor Südabə Abdullayeva Universitetin rektoru professor Cəfər Cəfərova məktubla müraciət edərək şagird-tələbə əməkdaşlığında ona yaxından koməklik göstərməyi xahiş etmişdir. Bunun nəticəsidir ki, 19 dekabr tarixində 6, 7 və 8-ci sinif şagirdlərindən ibarət olan 12 sinifdə eyni vaxta ADPU-nin qabaqcıl tələbələri, magistrləri fəal təlimin prinsiplərinə uyğun olaraq olduqca maraqlı və yaddaqalan dərslər keçmişlər. Dərslər qrup şəkilndə, fərdi və cütlərlə təşkil edilmişdir. Müxtəlif təcrübələrin nümayiş edildiyi dərslərdə şagirdlər fəallıq göstərərək gedişatı fərqli, maraqlı etməyə nail olmuşlar.
Daha sonra məktəbin akt zalında möhtəşəm “Fizika gecəsi\” tədbiri başlamışdır. 7 “D” sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə məktəb rəhbərliyi, xüsusilə fizika dərsini tədris edən Təranə Hadıyeva, Xanım müəllimə, Günay müəllimə, 7 “D” sinfinin valideyn komitəsinin sədri Günəş xanım fəallıq göstərərək tədbiri maraqlı formatda ərsəyə gətirə bilmişlər. Tədbirin fəxri qonaqları qismində iştirak edən ADPU-nin Təcrübə şöbəsinin müdiri Qəmər xanım, Fizikanın Texnologiyası kafedrasının müdiri Sevinc xanım, mutəxəssis Könül xanım, BDU-nin Maddənin Quruluşu kafedrasının müdiri Rusiya Təbiət Elmləri kafedrasının həqiqi üzvü Eldar Məsimov, Kosmonavtika İnstitunun əməkdaşı Fuad Hacızadə, Suraxanı YAP təşkilatının sədri Vüqar Seyidov, polis polkovnik leytinantı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dossent, 4 qat olimpiya hakimi, beynəlxalq dərəcəli “Qızıl fit” mükafatçısı Hicran Şərifov, Təlimə Dəstək mərkəzinin direktor müavini Züleyxa Ələkbərova, BŞTİ-nin riyaziyyat-informatika fənnləri üzrə metodisti İlahə Həmidova, ADPU-nun Keffiyyətin Tənzimlənməsi kafedrasının müdiri Qalib Şərifov tədbiri olduqca xoş təəssüratlarla izləmişlər. Sonda dəyərli alimlər öz fikirlərini bildirərək tədbiri, tədbirin təşkilini tədqirə laiq hal kimi qiymətləndirərək, məktəb rəhbərliyinə, təşəbbüskarlara öz dərin təşəkkürlərini bildirdilər.
Böyük alim Eldar Məsimov müəllifi olduğu 3 elmi əsərini məktəbə hədiyyə edib. Tədbirin təşkilində əməyi keçən müəllim heyəti mükafatlandırılıb.






