Tyerri Anri “Barselona”nın baş məşqçisi ola bilərbackend

Tyerri Anri “Barselona”nın baş məşqçisi ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Monreal İmpekt” klubunun baş məşqçisi Tyerri Anri “Barselona”ya rəhbərlik edə bilər.

“Diario Sport” portalının məlumatına görə, Anrinin xeyrinə bir neçə fakt var. Birincisi, o, “Barselona”nın idman direktoru Erik Abidalla dostdur. İkincisi, Anri, klubun oyunçularını yaxşı tanıyır. Üçüncüsü, hazırda katalon klubunda Anrinin xeyli sayda soydaşı çıxış edir.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Valverdenin müqavilə müddəti 2020-ci ilin iyununda bitir. O, müqaviləni uzatmayacağı halda Anrinin kluba keçmək şansı olduqca yüksəkdir.

İnterpress.az