Aral Gölü zəhərli səhraya çevrildibackend

Aral Gölü zəhərli səhraya çevrildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, suyu harada isə bitməkdə olan Aral Gölünün yerində yaranan dünyanın ən yeni, eyni zamanda ən zəhərli qum çölünün getdikcə artdığı bildirilib.
Coğrafi olaraq Qazaxıstan, Türkmənistan və Özbəkistan sərhəd bölgəsində yerləşən, böyük hissəsi isə Özbəkistanda yer alan yeni çölə Aral Qum Çölü deyilir.
Özbək mənbələrinə görə, dənizin quruması nəticəsində səhraya çevrilən bölgədə insanlar zəhərli su və hava istifadə etmək məcburiyyətində qalır.
Yaxın zamanda Özbəkistanda, Aral Gölünün yerində yaranan yeni qum səhranı araşdıran İngilis yazıçı və araşdırmaçı Dara Fitskerald regionda ekoloji və tibbi vəziyyətin acınacaqlı olduğunu deyib.
İngilis müəllifə görə, Amudərya və Sirdərya çaylarının başlanğıcında olan Qırğızıstan və Tacikistan böyük hidroelektrik su anbarları inşa edərək hazırda Aral dənizinə çatmaqda olan az miqdardakı suyu kəssələr, Özbəkistan əhalisinin Aral Gölü ətrafında yaşamaq imkanı qalmayacaq.

Aral Gölü zəhərli səhraya çevrildi

İnterpress.az