Ərəbistana yeni kralbackend

Ərəbistana yeni kral

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.

Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə 91 yaşında vəfat edib.

Kral Abdullah dekabrda ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilmişdi. Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat keçirib.

İnterpress.az