Avetisyan ailəsini öldürməkdə ittiham olunan V.Permyakovdan tədqiqatçılar hadisə yerindən tapılan dəlillərlə eyniləşdirmək üçün müxtəlif nümunələr götürüblər. Permyakovun dindirilməsi onun vəkili və tərcüməçi vasitəsilə keçirilib.
Qeyd edək ki, yanvarın 15-də Gümrüdə keçirilən etiraz aksiyalarında Permyakovun hələ də Ermənistanda olduğuna dair məlumatlar yayılıb. Lakin “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Martun Qriqonyan və mitinq iştirakçılarından biri Permyakovu 102 saylı hərbi bazada gözləriylə gördüyüklərini bildiriblər.
İntepress.az