Corabdan telefon çıxdıbackend

Corabdan telefon çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anası, Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş, daxilində “Cin”danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Allahverdi Qulu oğlu Sadıxov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

İnterpress.az