Xalq artistindən xəbər varbackend

Xalq artistindən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisanın həkimi Fərəh Vəliyeva ANS PRESS-ə açıqlamasında, xəstənin vəziyyətinin stabilləşdiyini bildirdi.

\”Nuriyyə xanım gecə saat 03 radələrində Təcili Tibbi Yardımla bizim xəstəxanaya gətirilib. Yüksək təzyiqlə vəziyyəti pisləşib. Hipertonik işemik həmlə olub keçib. Xəstə qəbul ediləndə loru dillə desək, insult öncəsi vəziyyət müşahidə edildiyindən dərhal reanimasiyaya yerləşdirilib. Bu gün səhər xəstənin vəziyyətinə uyğun olaraq bütün müayinələrdən keçirdik. Nevropotoloq MRT müayinəsi təyin etdi və bu müayinənin nəticəsi Nuriyyə xanımın insult keçirmədiyini göstərdi. Analizlərinin cavabı da ciddi patologiyanın olmadığını görürük. Vaxtında kömək göstərildiyindən insultun qarşısı alınıb. Hazırda vəziyyəti stabil olsa da, reanimasiyadadır\”.

Xatırladaq ki, aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamal ANS PRESS-ə verdiyi eksklüziv açıqlamasında, Nuriyyə Əhmədovanın vəziyyətinin gecə saat 3 radələrində pisləşdiyini bildirib: \”Gecə saat 3-də nəvəsi (dünyasını dəyişmiş qızının oğlu) qışqırıb məni çağırdı. Otağa girəndə gördüm ki, Nuriyyə yıxılıb yerə. Tez təcili tibbi yardım çağırdıq. Həkimlər yüksək təzyiq diaqnozu qoydular və təcili xəstəxanaya apardılar. Dəqiq deyə bilmərəm, deyəsən insult keçirib. Bir müddətdən sonra mənə zəng vurub Məlikov xəstəxanasına apardıqlarını bildirdilər\”.

İnterpress.az