Vaşinqton üsyançılarla danışıqlara hazır olduğunu deyib.
İnterpress.az xəbər verir ki, Birləşmiş Ştatlar Yəmən prezidenti Abu Rabbu Mansur Hadi istefa verdikdən sonra ölkədə “Əl-Qaidə” terror təşkilatına qarşı xüsusi əməliyyatı dayandırıb.
“The Washington Post” qəzetinin məlumatına görə, Amerika hərbiçilərini kəşfiyyat məlumatları ilə təmin edən Yəmən xüsusi xidmət orqanları hazırda şiə hərəkatı olan housitilərin (Ənsar Allah) nəzarətinə keçib. “Biz artıq onlarla əməkdaşlıq edə bilmərik”. Bunu ABŞ ordusunun yüksək çinli zabiti deyib. O həmçinin əlavə edib ki, Vaşinqton housitilərin lideriylə danışıqlara başlamağa hazırdır.
Ağ Evin nümayəndəsi Coş Ernest də öz növbəsində bildirib ki, ABŞ Yəməndə antiterror fəaliyyətini davam etdirmək niyyətindədir.
İnterpress.az