40 il boşuna həbs yatdıbackend

40 il boşuna həbs yatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Amerikalı törətmədiyi cinayətə görə 40 il həbsdə yatıb. 70 yaşlı Cozef Slec Şimali Karolina həbsxanasından azad olunub. Məhkəmə kollegiyası müəyyən edib ki, o, Yelizavettaun qəsəbəsinin sakini və qızının qətlinə görə yanlışlıqla mühakimə olunub.

Məhkəmə ekpertlərin DNA analizinin nəticələrini nəzərə alıb. Bu sübut Slecin cinayətdə iştirak etmədiyinə dəlil kimi sayılıb və şahidlərdən biri də verdiyi ifadədən imtina edib.

Xəbərə görə, məhkəmə qərarını verdikdən sonra Slec bir müddət yerində donub qalıb. Daha sonra vəkilini və ailə üzvlərini qucaqlayıb. O deyib ki, səbrsizliklə adi çarpayıda yatacağı günü gözləyir.

Jozefina Devis və qızı Eylin evində bıçaqlanmış vəziyyətdə tapılıblar. Həmin vaxt Slec oğurluğa görə 4 il cəza aldığı cəzaçəkmə müəssisində qaçmışdı.

İnterpress.az