İnterpress.az xəbər verir ki, Qazaxda “Azər Mühafizə” idarəsinin işçiləri etiraz aksiyası keçirib. 2014-cü ilin aprel ayından yaranan \”Azər Mühafizə\” şirkəti fəaliyyət göstərdiyi 10 ay ərzində işçilərə cəmi 3 dəfə maaş verilib.
Etirazçıların iddialarına görə depozit qoymaq qarşılığında işə götürmə vədləri verən şirkət rəhbərliyi, 1000 manat depozit qoyduqda 480 manat, 2000 manat qoyulduqda 980 manat maaş vəd edib. Hər işə girəndən 500 manatdan başlayaraq 1500 manata kimi rüşvət, yəni \”şirinlik\” alınıb. İşçilərin ilk maaşı 45 gündən, ikinci maaşları isə 35 gündən hesablanib. Hələ üstəlik də işçilərdən 110 manat da əlavə pul alınıb.
Mühafizə xidməti rayonda sahibkarların obyektlərini mühafizə edirmiş.
Xatırladaq ki, İnterpress.az saytı bu haqda 21 yanvar 2015 ci il tarixində \”Azər Mühafizənin direktoru həbs edildi” başləqlı xəbər yaymışdı. Xəbərdə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda deyilir:
Aparılmış araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, \”Azər Mühafizə”nin Qazaxda 190 nəfər işçi var. İdarənin respublikanın 48 rayonunda şöbəsi var. Bütün rayonlarda da vəziyyət eynidir.
“Azər Mühafizə” Xidmətinin fırıldağı ilə üzləşən yüzlərlə Qazax sakini də aksiya keçirib. Aksiyadan videoreportajı təqdim edirik:
İnterpress.az