İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Qızılhacılı kəndində Saatlı rayon sakini Seyfəddin Mehrəliyevin idarə etdiyi “Opel” və Xocalı rayon sakini Mübariz Əhmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Yanvarın 22-də saat 17 radələrində baş verən hadisə zamanı 5 nəfər xəsarət alıb. Belə ki, hər iki sücürü və M.Əhmədovun sərnişinləri – Əlövsət Abdullayev, onun arvadı Əzizə və oğlu İntiqam xəstəxanaya yerləşdiriliblər.
Yanvarın 23-də isə Ə.Abdullayeva orada ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
İnterpress.az