İlan zəhərindən yeni dərman hazırlanıbbackend

İlan zəhərindən yeni dərman hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu ilanın vurduğu adam müalicə olunmasa, az sonra ölüm ehtimalı böyükdür.

Qara Mamba bir dəfə çalması ilə 100 nəfəri öldürəcək qədər zəhərə sahibdir. Fransız alimlər bu zəhərin dərmana çevrilə biləcəyini kəşf edib. Belə ki, zəhərin tərkibindəki iki kiçik protein ən şiddətli ağrıları nəzarət altına alınmasını təmin edir. Morfin qədər təsirli olan və zəhərin içindən çıxarılan proteinler siçanlar üzərində pozitiv nəticə verib.

Mambalgin adlanan proteinlərin üstünlüyü odur ki, onlar mövcud dərmanların təsir göstərmədiyi ağrılara da təsirlidir. O da morfin kimi ağrını kəsmə, amma orqanizmə zərər verməmə qabiliyyətinə malikdir.

Dərmanın yan təsiri hələ ki, tapılmayıb. Bu kəşfin hələ ki, insanlar üzərində istifadəsi mümkün görünmür. Amma onun sayəsində ağrı müalicəsində yeni üsullar tapmaq mümkündür.

İnterpress.az