Türkiyəyə 35 canlı bomba göndərilir – VİDEObackend

Türkiyəyə 35 canlı bomba göndərilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, terrorçuların 6-ı qadındır.Qanunsuz yollarla Suriyaya gedərək YPG ilə birlikdə İŞİD-ə qarşı döyüşən 35 terrorçunun daha sonra Türkiyəyə qayıdaraq teraktlar planlaşdırdığına dair kəşfiyyat xəbərləri araşdırılır.

Xüsusi xidmət orqanları terrorçuların adı, soyadı, kod adları və fotolarından ibarət sənədləri toplayıb. Onların hələ Türkiyəyə keçmədiyi ehtimalı da nəzərə alınaraq Suriya sərhədində təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

Hatay, Qaziantep, Kilis, Şanlıurfa və Mardinin Suriya ilə sərhədinə nəzarət artırılıb.

Məlumatlara görə, terrorçular dövlət obyektlərini, polis bölmələrini hədəfə alacaq. Onlar özləri ilə C-4, A-4 kimi plastik patlayıcı maddələr gəzdirir.

İnterpress.azhttps://youtube.com/watch?v=cD_15iLiaRA