Tənzilə Rüstəmxanlıdan güllə kimi açıqlama: “Ölkəmizdən İŞİD-a qoşulanların…”backend

Tənzilə Rüstəmxanlıdan güllə kimi açıqlama: “Ölkəmizdən İŞİD-a qoşulanların…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Tənzilə Rüstəmxanlının fikirlərini olduğu kimi oxucularına təqdim edir:“MTN-də baş verən hadisələri izlədikcə insanın mədəsi bulanır. Biz ancaq yıxılana balta çalmaqla öyünə bilərik. Bu gün onları söyən bəzi mətbut orqanları bir zamanlar onların köləsiydi, səsləri belə çıxmırdı. Çünki bu mətbu orqanların maliyəsini onlar verirdi.

Bir zamanlar, indi həbsdə olan bir dələduz qəzet rəhbərini də onlar maliyələşdirirdilər və qoruyurdular. Bu qəzetin işi -gücü hər kəsi şantaj edərək pul toplamaq idi. İş o yerə çatmışdı ki, hətta bəzi qəzet rəhbərlərini kabnetinə çağıraraq döyürdü bu adam. Kimsə ona bir söz deyə bilmirdi. Çünki arxası ordakı generallara bağlıydı.
Onu tutdurmamam üçün mənə, kimlərin onu bizim üstümüzə qısqırdığını etiraf etmişdi və o zaman mən müsahibələrimin birində bunları gündəmə gətirmişdim.
Təbii ki, yaxşı işlərini də qeyd edərək. O zaman kimsə qorxusundan səsini çıxartmırdı, çünki ruhunu çoxdan onlara satmışdılar.
Geniş bir yazı hazırlayıram. Bu yazıda kimlər kimin əl quzusuydu, bu gün özünü Güneyin qəhramanı kimi qələmə verənlər hansı generalın ədalətinə sığınaraq bizləri söyürdü, təhqir edirdi və s. kimi qaranlıq məqamlara aydınlıq gətirəcəm

Gerçəkdən, orda onların ədalətinə söykənib əjdərha olanlar vardı bir zamanlar. Bəzi işverənlərin, evyıxanların gerçək üzünü bu millət görsün deyə, (görmək istəmək arzusu varsa əgər) çaqqal dərisi geymiş qurdlardan yazacam, yıxıldıqları üçün deyil, hər zaman üzlərinə dediyim üçün, dövlətdən yana olduğum üçün, mütləq yazacam. Çünki bu günə qədər kimsə onların cinayətlərini görmək istəmədi. Əgər prezidentimiz İlham Əliyev görməsəydi bu cinayətlər hələ çox davam edəcəkdi.
Bir dədə misalımız var: bu hələ mıxdakı danadı, görün o birsilər nə gündədir. Allah yardımçımız olsun. Ölkəmizdən İŞİD terror təşkilatına qoşulanların sayı artmaqdaydı. Bəs MTN-İ hara və nəyə baxırdı? Bakının mərkəzində PKK-a yandaşları, tədbirlər keçirərək, Öcalanı müdafiə edəndə, bunun qarşısını alacaq olan generallarımızın əlləri armudmu toplayırdı? Hərəsi bir yazının başlığı…”

İnterpress