Erməni əsir geri qaytarılacaqbackend

Erməni əsir geri qaytarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün qoşunların təmas xəttində Ermənistan vətəndaşı 1942-ci il təvəllüdlü Lusina Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Qazax rayonu ərazisinə daxil olan Ermənistan vətəndaşının ailəsi danışıb. Onlar Lusinanın ruhi xəstə olmadığını, sadəcə yolunu azaraq sərhədi keçdiyini bildiriblər.

İnterpress-in erməni saytına istinadən verdiyi xəbərə görə, erməni qadının geri qaytarılması ilə bağlı danışıqlar başlayıb.
Qeyd edək ki, Abovyanın saxlanıldığı Azərbaycan – Ermənistan sərhədinin Qazax rayonuna aid hissəsi qırmızı xətlə işarələnib.
Saxlanılan Ermənistan Respublikasının vətəndaşı ilə beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.
Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.
Erməni qadının qarşı tərəf təhvil verilməsi ilə bağlı yayılan informasiyanı dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət etdik. Qrumdan bildirdilər ki, bütün müraciətlərə ancaq yazılı şəkildə cavab verirlər. Hazırda müraciətimizə cavab gözləyirik.

Xatırladaq ki, son illər Azərbaycan tərəfinə keçən ermənilərin sayı artır. Lusinadan fərqli olaraq bu ilin mart ayında sərhəddi keçən, 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərək, öz istəyi ilə Azərbaycan əsgərlərinə təslim oldu.
O, ağ bayraq yelləyərək Azərbaycanın nəzarətində olan əraziyə keçmişdi.

Lakin çox maraqlıdır, Kəlbəcərdə, doğmalarının qəbirlərini ziyarətə gedərkən ermənilər tərəfindən girov götürülən vətəndaşlarımız Dilqəm Şahbazov və Şahbaz Quliyevi qarşı tərəf geri qaytarmaq istəmir. Hətta Azərbaycan tərəf ATƏT-in Minsk Qrupu həmsədrləri ilə və beynəlxalq təşkilatlarla iş aparsalar belə, irəliləyiş yoxdur. Onların ölkəmizə qaytarılması üçün bütün mümkün addımlar atılsa da hələ ki, heç bir nəticə əldə edilməyib.
Qeyd edək ki, bir ildən çoxdur əslən Kəlbəcər rayonundan Dilqəm Şahbazov və Şahbaz Quliyev doğmalarının qəbrini ziyarət edərkən, doğulduğu kəndində ermənilər tərəfindən əsir götürülüb.

Abuzər
İnterpress.az