Polislərə yeni göstəriş verildibackend

Polislərə yeni göstəriş verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə avtosfer.az-a məlumat verən şirkətin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Nuridə Məmmədova deyib ki, əgər polis əməkdaşı həqiqətən də gizli xidmətlə əlaqədar olaraq mülkü geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil: “Mən belə düşünürəm ki, bu, düzgün deyil. Bəli, biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülkü geyimdə olan polis əməkdaşlarından gedişhaqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan heç nə tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə bildirib ki, “Polis haqqında” qanununun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər: “Bu zaman onların formada olub-olmaması heç bir əhəmiyyət daşımır. Qanunvericilikdə forma ilə bağlı hər hansı məsələ yoxdur. Əgər mülkü geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib avtobusdan pulsuz istifadə edirsə, bu artıq kifayət edir. Bu zaman ondan formada olmağı tələb etmək doğru deyil və sürücülərin belə bir ixtiyarı da yoxdur”.

İnterpress.az