Nazirlik Ermənistanla bağlı hesabat hazırlayıbbackend

Nazirlik Ermənistanla bağlı hesabat hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress-ə açıqlamasında xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN- sözçüsü əlavə edib ki, bu hesabat ingilis və rus dilində nazirliyin rəsmi internet səhvəsində yerləşdirilib: “Azərbyacan Respublikasının işğalda olan ərazilərində Ermənistan Respublikasındakı tarixi Azərbaycan torpaqlarında xalqımıza məxsus olan madi mədəniyyət abidələrinin kütləvi şəkildə talan edilməsi siyasətinin həyata keçirilməsi davam edir. Onlarla muzeylər, qoruqlar və digər tarixi mahiyyət kəsb edən yerlər talan və məhv edlib. Dəfələrlə bu halları aşkar etmişik ki, beynəlxalq auksionda satışa çıxardıblar. Sonuncu belə fakt Böyük Birtaniyada aşkar edilmişdir. Muzey kompleksinə aid olan gümüş çanta hərraca çıxardılıb. Təbii ki, hər dəfə Ermənistan Respublikasının bu cür faktlarının qarşısnı alırıq və bunu əleyhinəyik”. Bundan başqa Hikmət Hacıyev əlavə etdi ki, Azərbaycan mədəniyyə xadimlərinə aid olan tunc heykəllərin dişləri götürülüb metal əritməyə verilməsinin və satışına cəhd edilməsinin qarşısını da almışıq: “ Bu fakt isə Gürcüstan Respublikası ərazisində aşkarlanmışdır. Azərbaycan tərəfi bununla bağlı məlumat əldə etmiş üçüncü şəxslər vasitəsilə bu abidləri geri alınıb”

Interpress.az