Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”backend

Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 7-də Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişmiş əsgər Məhəmməd Siraclı haqda məlumat vermişdik. Baş verən ölüm hadisəsi ilə bağlı mətbuta danışan Məhəmməd Siraclının əmisi Fikrət İsrailov 19 yaşlı qardaşı oğlunun intihar etdiyinə inanmadıqlarını, onun qətlə yetirildiyini deyib. Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub: “Dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, bu özünü güllə ilə kürəyindən necə vura bilər? Adam öz kürəyinə necə atəş aça bilərdi? Sağ sinəsində, dodağında, boynunda qaraltılar vardı”.

Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”

Hadisə ilə bağlı İnterpress-ə açıqlama verən polkovnik Ələkbər Məmmədov deyir ki, ordumuzda bu kimi xoşagəlməz hadisələr hələ çox olacaq. Çünki bu qətilləri törədənlər hər zaman cəzasız qalır: “Bu birinci hadisə deyil ki, Azərbaycan ictimaiyyəti buna həssaslıqla reaksiya vermiş olsun. Xalqı belə hadisələrə artıq öyrəşdiriblər. Bildiyiniz kimi Azərbaycan ordusuna Səfər Əbiyevinin nazirlik etdiyi dövrdə əsgər ölümləri pik həddə çatmışdı, buna baxmayaraq, bundan ötrü nə ona, nə də ki, onun ətrafındakılara güldən ağır söz deyən olmadı. Xalq da özü əsgər ölümlərinə qarşı etiraz əlaməti olaraq şəhərin mərkəzində iki böyük aksiya keçırməyə məcbur oldu. Nəticədə nə oldu? Heç nə! Edilən bircə, o oldu ki, etiraz edənlərə, hətta aksiyada iştirak edən ölən əsgərlərin valideynlərinə qarşı şiddətli zorakılığın şahidi olduq, xeyli adam həbs edildi. İndi də onlar həbsdədirlər. S.Əbiyevə isə güldən ağır söz deyən də olmadı. O, heç də buna görə yox, tamamilə başqa bir səbəbdən tutduğu vəzifədən uzaqlaşdırıldı. Nazir istəyir S.Əbiyev olmur qeyrisi olsun. Nə qədər ki, ölən əsgərə görə ordu rəhbərliyindən kimsə cəzalandırılmayacaq bu belə də davam edəcək. Cəzasızlıq məsuliyyətsizlik yaradır. Kimlərinsə aşağı təbəqədən cəzalandırılması, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Eyni zamanda da yuxarıda qeyd etdiyimin nəticəsidir ki, baş verən ölüm hadisələrini müxtəlif yolla ört-basdır etməyə çalışırlar. Bilirlər ki, əsl həqiqəti heç itirib-axtaran, ölümün səbəbini araşdıran da olmayacaq. Yolunu tapıblar. Günahı ölənin üzərinə yıxmaqla vəziyyətdən çıxırlar.

Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”

İntihar adı ilə törədilən cinayəti ört-basdır etmək”

Ə.Məmmədov daha sonra onu da qeyd etdi ki, əsgər ölümləri son dövrlər mətbuatda çox az işıqlandırılır: “Əvvəllər KİV – də əsgər ölümləri haqda az da olsa məlumatlar gedirdi. İndi isə yalnız bunun qarşısı alınıb, əsgər ölümlərinin yox. O ki qaldı, yeni ordu nazirinin orduda ölümlərin qarşısını almasına, bu, əslində, məlumatların ictimayiləşməsinin qarşısını almaqdan ibarətdir. Mən də olan məlumata əsasən, Azərbaycan ordusunda əvvəllər olduğu kimi indi də əsgərlər incidilib təhgir olunurlar. Bunun da nəticəsində naməlum ölümlər baş verir. Vaxtı ilə bu cür, intihar kimi qələmə verilən ölümləri araşdıran bir adam kimi deyə bilərəm ki, müəmmalı şəkildə dünyasını dəyişmiş əsgər Məhəmməd Siraclı öldürülüb, cinayətin qurbanı olub. Əvvəllər belə hadısələrlə əlaqədar, apardığım araşdırma zamanı da sonradan məlum olurdu ki, əsgərlər intiharın yox, müəyyən cinayətin qurbanı olurlarmış. Məsələni qaldırdıqdan sonra bir çox hallarda cinayət işinin qaldırılmasına müvəffəq olsaq da, bir çox hallarda da hadisələr ört-bastır edilirdi”. Ə.Məmmədov onu da qeyd etdi ki, orduda qətlə yetirilən əsgərlərin ölümü zaman-zaman gizlədilib və buna müxtəlif don geyindirməklə, ictimaiyyətin fikirini yayındırmağa çalışıblar: “Arada bir dəb düşmüşdü, ölən əsgərləri erməni gülləsindən öldükləri kimi qələmə vermək. Erməni tərəfinin məsələ ilə əlaqədar açıqlama verməsi sonradan bu cür halların qarşısını aldı. Ən yaxşı yol tapdılar – naməlum ölüm hadısəsini intihar adı ilə ört-basdır etmək. Bu fənddən hələ S.Əbiyevin vaxtından istifadə edilirdi. Öncə olduğu kimi indi də deyirəm, hər bir dünyasını dəyişmiş əsgərə görə kimliyindən asılı olmayaraq, yüksək vəzifəli, yüksək rütbəli şəxsdən tutmuş aşağıya qədər hər kəs cəzalanmasa, Azərbaycan Ordusunda baş verən naməlum ölümlərin qarşısı alınmayacaq. Bilirsiniz yüksək vəzifəlilər, yüksək rütbəlilər niyə cəzalandırılmırlar? Çünki Azərbaycan ordusunda nazir kürsüsünə əyləşən hər kəs ətrafına özünkülərini, dostu-tanışını, yaxınlarını yığıb, vəzifələrə təyin edir. Bu nə vaxta qədər davam edəcəksə, o vaxtadək də Azərbaycan ordusunda, nəinki, naməlum ölümlər, hələ çox şeylər baş verəcək”.

Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”
Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”
Ələkbər Məmmədov: “Əsgərlər intiharın yox, cinayətin qurbanı olur”

Abuzər Azəroğlu
İnterpress